İlham Əliyev Çexiyanın Baş nazirinə təşəkkür etdi

“Çexiya Respublikasının Baş naziri cənab Andrey Babişə İran dövlətinin Azərbaycan ərazisinə qarşı dron hücumlarından sonra verdiyi güclü dəstək və həmrəylik mesajına görə dərin minnətdarlığımı bildirirəm”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşılan bəyanatda deyilir.
Bildirilir ki, bu bəyanat Azərbaycan və Çexiya arasında dostluq və beynəlxalq hüquqa sadiqlik ruhunda inkişaf edən möhkəm münasibətlərin parlaq əksidir.
Polise.az



