İranda tarixi qərar: Xamenei dövrü bitmir – yeni lider də eyni soyadı daşıyacaq

İranda ali dini rəhbərlə bağlı diqqətçəkən məlumat yayılıb.
Musavat.com xəbər verir ki, Ekspertlər Şurasının üzvlərindən biri yeni ali rəhbərin soyadının yenə Xamenei olacağını bildirib.
Onun sözlərinə görə, ölkədə ali liderlə bağlı qərar artıq verilib, lakin təhlükəsizlik və siyasi səbəblərə görə rəsmi açıqlama hələlik gecikdirilir.
Bundan əvvəl bir sıra media qurumları İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin ali lider seçildiyi barədə məlumat yaymışdı. Mənbələrin iddiasına görə, bu qərarın yaxın vaxtlarda rəsmi şəkildə elan olunacağı gözlənilir.
Polise.az



