Prezident “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.10-cu maddəsindən “III” rəqəmi çıxarılıb.
Qanun imzalandıqdan sonra qüvvəyə minir.
Polise.az



