Hikmət Hacıyev: XIII Qlobal Bakı Forumu 400-ə yaxın iştirakçını bir araya gətirir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında XIII Qlobal Bakı Forumu ilə bağlı paylaşım edib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, o, forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edəcəyini diqqətə çatdırıb.

Hikmət Hacıyev qeyd edib ki, beynəlxalq sistemin köklü transformasiyalara məruz qaldığı bir vaxtda forumun mövzusu dünya üçün olduqca aktualdır:

“Qlobal miqyasda səyahət xəbərdarlıqlarının artdığı və uçuşların təxirə salındığı mürəkkəb bir dövrdə 400-ə yaxın iştirakçının Bakıda bir araya gətirilməsi böyük səy və koordinasiya tələb edir”.

H. Hacıyev vurğulayıb ki, belə bir mötəbər dialoq platformasının uğurla təşkil edilməsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirir:

“Bu tədbir həm də beynəlxalq birliyin Azərbaycana regionun diplomatik qovşağı və mərkəzi kimi olan etimadının bariz nümunəsidir”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button