Müctəba Xameneinin yaralandığı rəsmən təsdiqləndi

İranın Xarici İşlər Nazirliyi yeni Ali Rəhbər Müctəba Xameneinin yaralandığını, lakin özünü yaxşı hiss etdiyini təsdiqləyib.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS mkəlumat yayıb.
Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.
“The New York Times” yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır.
Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.
Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.
Polise.az



