Hakan Fidan İranla bağlı xəbərdarlıq etdi: Hazırıq

“Gərginliyin azaldılması üçün qonşularımız və tərəfdaşlarımızla fikir mübadiləsi aparmağa davam edirik”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Müharibə mümkün qədər tez dayandırılmalıdır. Qarşıdurmanın dayandırılması və gərginliyin azaldılması üçün qonşularımız və tərəfdaşlarımızla fikir mübadiləsi aparmağa davam edirik. Sevindiricidir ki, həm Şərq, həm də Qərb ölkələrinin böyük əksəriyyəti eyni mövqedən çıxış edir və eyni cür düşünür.

Digər tərəfdən isə bölücü ssenarilərin bu dəfə İran üçün gündəmə gətirilmək istənildiyini görürük. İranda vətəndaş müharibəsi yaratmağı və etnik-dini parçalanma xətləri üzərindən münaqişələri alovlandırmağı hədəfləyən hər cür plana qətiyyətlə qarşıyıq. Belə macəralara qoşulmaq istəyənləri indidən xəbərdar edirik: heç kim belə xəyala qapılmasın, yanlış addım atılmasına imkan verməyimiz mümkün deyil.

Müharibənin gedişi və ondan sonrakı mərhələ ilə bağlı hər cür ssenariyə hazırıq. Bölgədəki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışırıq”, – o bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button