ABŞ Prezidenti: İran rejimini məhv etmək böyük şərəfdir

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun İranı hərbi, iqtisadi və digər sahələrdə tamamilə məhv etdiyini açıqlayıb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.

“New York Times” qəzetindəki xəbərləri izləsəniz, Amerikanın müharibədə qalib gəlmədiyini düşünə bilərsiniz, amma reallıq budur ki, İranın hərbi qabiliyyəti ciddi şəkildə zəifləyib”, – o bildirib.

ABŞ Prezidenti İranın donanmasının yoxa çıxdığını, hava qüvvələrinin artıq mövcud olmadığını və raketlər, dronlar və digər hərbi texnikalarının məhv edildiyini vurğulayıb. O, həmçinin İran liderlərinin də yer üzündən silindiyini qeyd edib.

Donald Tramp həmçinin ABŞ-nin hərbi üstünlüyünə işarə edərək yazıb ki, Amerikanın misilsiz atəş gücü, limitsiz sursat və bol vaxtı var.

“Baxın, bu dəli, alçaq insanların başına bu gün nə gələcək. Onlar 47 ildir bütün dünyada günahsız insanları öldürürlər və indi mən, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi, onları öldürürəm. Necə də böyük şərəfdir”, – ABŞ Prezidenti əlavə edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button