Müdafiə Nazirliyi: Türkiyəyə qarşı raket buraxılışını qətiyyətlə pisləyirik

“Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”, – bəyanatda qeyd olunub.
Polise.az



