NATO Türkiyə ilə bağlı xəbəri təsdiqlədi

NATO İrandan Türkiyəyə atılan ballistik raketin vurulduğunu təsdiqləyib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin İrana hücumunun başlamasından bəri üçüncü belə hal olub.
NATO sözçüsü Allison Hart bildirib ki, NATO baş verənlər fonunda ayıq-sayıqdır və bütün müttəfiqlərini müdafiə etməkdə qətiyyətlidir.
Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl son raket hadisəsinin bütün aspektlərini aydınlaşdırmaq üçün İranla məsləhətləşmələr apardığını açıqlamışdı.
Polise.az



