KİV: Netanyahu Zelenski ilə İran dronlarına qarşı mübarizəni müzakirə etmək niyyətindədir

İsrailin Baş naziri Binyamin Netanyahu Kiyevə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün müraciət göndərib.

“Report”un məlumatına görə, bu barədə “Ynet” portalı xəbər yayıb.

Qeyd olunur ki, bu, Ukraynanın İran istehsalı olan dronlara qarşı mübarizədə geniş təcrübəsi ilə bağlıdır. Görüşün məqsədi bu məsələdə İsrail-Ukrayna əməkdaşlığını qurmaqdır.

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk belə bir müraciətin göndərildiyini təsdiqləyib. O, qeyd edib ki, sıx iş qrafikinə görə hələ telefon danışığı baş tutmayıb, lakin o, gələn həftənin əvvəlində bunun baş tutacağına ümid edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button