Tramp: İranla razılaşmanın şərtləri ABŞ üçün yetərli deyil

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın şərtlərinin Vaşinqtonu qane etmədiyini bildirib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.
“İran razılaşma əldə etmək istəyir, amma mən bunu istəmirəm, çünki şərtlər kifayət qədər yaxşı deyil”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp mümkün razılaşmanın hansı şərtlərlə Vaşinqton üçün qəbul edilə biləcəyinə dair sualı cavablandırarkən isə bu barədə danışmaq istəmədiyini bildirib.
Polise.az



