Yves Leterm: Aİ-nin Azərbaycana qarşı ikili yanaşması qəbuledilməzdir

Azərbaycanın son 20 ildə nümayiş etdirdiyi inkişaf yolu heyranedicidir və Avropa İttifaqı bu dövlətlə dialoq qurmaq üçün onun diqqətinə layiq olduğunu sübut etməlidir.

Polise.az  xəbər verir ki, bu barədə Belçikanın sabiq Baş naziri Yves Leterm Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib.

Sabiq hökumət başçısı Avropanın Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid edib.

O bildirib ki, bir tərəfdən ölkənin daxili işlərinə qarışan qətnamələr qəbul etmək, digər tərəfdən isə enerji təminatı üçün yardım istəmək qəbulolunmazdır:

“Avropa vətəndaşı kimi utanc duyuram ki, biz illərdir Azərbaycana daxili məsələlərdə “dərs keçməyə” çalışırıq, növbəti gün isə qaz həcmlərini artırmağı xahiş edirik. Bu “müəllimlik” ambisiyası maraqların dəyərləri üstələdiyi müasir dünyada artıq işləmir və gələcək danışıqlar üçün qapıları bağlayır”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button