“Foreign Affairs”: Rusiya İranın süqutunu səssizcə izləyir

ABŞ və İsrail İrana qarşı hücuma başladıqdan sonra Rusiya əsasən kənarda qalıb. Kremldən verilən bəyanatların heç birində ABŞ Prezidenti Donald Trampın adı çəkilməyib, Rusiyanın İrana hərbi dəstəyi barədə məsələ qaldırılmayıb.

Polise.az xəbər verir ki, bu barədə “Foreign Affairs” yazıb.

Nəşr bildirib ki, Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin olmasına baxmayaraq, Rusiya Yaxın Şərqdəki əsas tərəfdaşına yardım üçün ciddi addımlar atmayıb:

“Kremlin İrana münasibətdə bu passivliyi Rusiyanın tez-tez təkrarlanan davranış modelinə uyğundur. Müttəfiqləri köməyə ehtiyac duyanda Rusiya sərt bəyanatlar verir, amma real addımlar atmır.

Məsələn, Moskva 2024-cü ildə qiyamçı qüvvələrin Dəməşqdə Bəşər Əsəd rejimini devirməsinə mane olmadı. Son bir ildə isə ABŞ İranın hərbi bazaları və raket zavodlarını bombalayıb, yüksək rütbəli iranlı rəsmiləri öldürüb. Moskvanın Latın Amerikasındakı əsas tərəfdaşı olan Nikolas Maduro da ABŞ tərəfindən oğurlanıb. Bütün bunlar Rusiyanın ciddi müdaxiləsi olmadan həyata keçirilib”.

Nəşrin fikrincə, bu hadisələr Rusiyanın qlobal hadisələrə təsir imkanlarının məhdud olduğunu göstərir. Bununla belə, Moskva Tehrana açıq dəstək verməsə də, İranda davam edən müharibənin gözlənilməz nəticələrindən və dolayı təsirlərindən fayda əldə edə bilər. Rusiya bəlkə də tərəfdaşlarını qorumaq gücündə deyil, amma strateji uğursuzluqlara uyğunlaşmaq və onlardan taktiki fayda əldə etməkdə hələ də ustadır.

Məsələn, ABŞ bu halda resurslarını Ukrayna yox, başqa istiqamətə yönəldir. Ukrayna üçün lazım olan hava hücumundan müdafiə vasitələri və yüksək dəqiqlikli silahlar Yaxın Şərqə göndərilir. Rusiyanın götürə biləcəyi digər böyük fayda isə enerji qiymətlərinin artmasıdır. Hörmüz boğazının bağlanması ilə yaranan qıtlıq neft qiymətlərinin yüksəlməsinə səbəb olur, bu da Rusiyanın dövlət büdcəsinə əlavə gəlir gətirir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button