Türkiyə Krımda keçirilən referendumun ildönümündə Ukraynaya dəstəyini bir daha ifadə etdi

“Türkiyə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, Krımın qanunsuz ilhaqını tanımır və yarımadadakı hadisələri, xüsusən də Krım tatar xalqının vəziyyətini izləyir”.

Polise.az Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının on ikinci ildönümü münasibətilə verdiyi açıqlamada bildirilir.

“Ukraynanın Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən qanunsuz referendum nəticəsində ilhaqının on ikinci ildönümündə beynəlxalq hüquqa zidd olan bu de-fakto vəziyyəti tanımadığımızı bir daha təsdiqləyirik”, – deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünə və yarımadada qalan Krım tatarlarına dəstəyi vurğulanır.

Sənəddə deyilir: “Dövlətimiz Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir və yarımadadakı hadisələri, xüsusən də Krım tatar xalqının vəziyyətini diqqətlə izləməyə davam edəcək, bu məsələni gündəmdə saxlayacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button