Hörmüz boğazının açılması üçün gələn kömək yoldadır-Tramp

ABŞ Prezidenti Donald Tramp iqtisadiyyatı Hörmüz boğazından tranzitdən asılı olan dövlətləri gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etməyə çağırıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib: “İqtisadiyyatı Hörmüz boğazından, bizim ölkədən daha çox asılı olan digər ölkələri gəmiçiliyin təhlükəsizliyinin təminatında fəal iştirak etməyə çağırırıq. Yaponlar öz neftinin 95 %-ni, çinlilər 90 %-ni, Cənubi Koreya 35 %-ni, Avropa ölkələri isə əhəmiyyətli həcmləri oradan alır”.
Tehranın təhdidlərinin xeyli zəiflədiyini deyən Tramp ölkələrə ABŞ ilə birgə işə fəal, sürətlə və həvəslə qoşulmağı tövsiyə edib: “ABŞ-nin bir neçə müttəfiqi Yaxın Şərqdə Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün yoldadır. Bəzi ölkələr bu məsələdə kifayət qədər həvəs göstərmirlər. Bu məsələdə həvəs səviyyəsi mənim üçün vacibdir. Mən onlara dedim ki, 40 ildir ki, biz sizi qoruyuruq, amma siz belə kiçik bir məsələyə qarışmaq istəmirsiniz? Biz Hörmüz boğazında 30-dan çox mina yerləşdirmə gəmisi məhv etməklə İranın kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini məhdudlaşdırmışıq”.
Polise.az



