Tramp: Müharibə istəməyən ən son insan mənəm

ABŞ Prezidenti Donald Tramp müharibələrin azalmasını istədiyini və müharibə tərəfdarı olmadığını bildirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, müharibələrin olmasını digərlərindən daha az istəyir.
“Mən müharibə istəmirəm. Mən müharibələri hamıdan daha az istəyirəm”, – deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, İranın nüvə silahına sahib olmamalı olduğunu düşünənlər ABŞ-nin həyata keçirdiyi əməliyyatı dəstəkləməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-də İranın rəhbərliyinə kimin başçılıq etdiyini dəqiq bilmədiklərini etiraf edib.
Polise.az



