Karni və Starmer Rusiyaya təzyiqi davam etdirəcəklərini bildiriblər

Kanadanın Baş naziri Mark Karni və Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyaya qarşı təzyiqi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

Polise.az Teleqraf-a  istinadən  xəbər verir ki, bu barədə Kanada hökumət başçısının mətbuat xidməti siyasətçilərin görüşünün yekunlarına dair məlumatda bildirib.

Məlumatda qeyd olunur ki, baş nazirlər Rusiyaya qarşı təzyiqin davam etdirilməsi ilə bağlı mövqelərini təsdiqləyiblər.

Bununla yanaşı, Karni və Starmer Ukraynaya qəti dəstək verməkdə davam etdiklərini də vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna məsələsində Avropa ilə birlikdə işləməsinə ehtiyac olmadığını bildirmişdi.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button