İsrail Baş naziri: İranla bağlı sürprizlərimiz olacaq

“İranla bağlı daha çox sürpriz olacaq”.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Bu rejimi İran xalqına onu devirmək şansı vermək ümidi ilə zəiflədirik. Bu, birdən-birə, asanlıqla baş verməyəcək. Amma əgər biz buna davam etsək, onlara taleyini öz əllərinə almaq şansı verəcəyik. Sürprizlər çox olacaq. Şərlə mübarizə davam edəcək”, – baş nazir bildirib.
Polise.az



