İran Hörmüz boğazı ilə bağlı yeni şərtlərini AÇIQLADI

İran rəsmiləri bəyan ediblər ki, Hörmüz boğazı yalnız atəşkəs əldə olunduqdan və Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra naviqasiya üçün açıla bilər.

Polise.az Musavat.com-a istinadən xəbər verir ki, “Financial Times” nəşrinin yazdığına görə, boğazın hərbi yolla blokadadan çıxarılması coğrafi şəraitə görə həddindən artıq mürəkkəbdir.

Belə ki, İran tərəfi demək olar ki, heç bir xəbərdarlıq etmədən gəmilərə zərbə endirmək imkanına malikdir.

Ticarət gəmilərinin hərbi müşayiəti variantı nəzərdən keçirilsə də, Beynəlxalq Dəniz Təşkilatının rəhbəri Arsenio Dominqes bunun riski tam aradan qaldırmadığını, sadəcə azaltdığını bildirib. O, həmçinin blokadada qalan gəmilərdə su, yanacaq və ərzaq qıtlığı kimi humanitar fəsadların yarana biləcəyi barədə xəbərdarlıq edib.

Ekspertlər qeyd edirlər ki, İran Fars körfəzi ölkələrinin enerji infrastrukturuna qarşı zərbələrini daha da gücləndirmək potensialına malikdir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button