Tramp: Müttəfiqlərimiz Hörmüz boğazının açılmasına kömək etməlidirlər

Vaşinqtonun müttəfiqləri hərəkətə keçməli və Hörmüz boğazının açılmasına kömək etməlidirlər.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 18 martda özünün “Truth Social” səhifəsində yazıb.
Amerika lideri həmçinin “New York Post” qəzetindəki məqaləni də paylaşıb. Məqalədə iddia olunur ki, ABŞ-nin müttəfiqləri boğazın açılmasına kömək etməkdən imtina etməklə müttəfiq olmadıqlarını göstərirlər.
“İranla müharibənin əsl faydalarından biri də gizli düşmənçiliyin üzə çıxmasıdır. ABŞ-nin “müttəfiqləri” Trampın Hörmüz boğazının açılması ilə bağlı kömək çağırışını, hətta sırf simvolik olsa belə, rədd etdilər” – məqalədə yazılıb.
Polise.az



