İspaniya Ukraynaya 1 milyard avro hərbi yardım ayırdı, birgə dron istehsalı planlaşdırılır

İspaniya və Ukrayna arasında müdafiə əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes Madriddə keçirilən sammitdə razılığa gəliblər.

Sammit çərçivəsində İspaniya Ukraynaya 2026-cı il üçün 1 milyard avro həcmində hərbi yardım paketini ayıracağını elan edib. Yardım paketinə dronlar, radar sistemləri, hava müdafiəsi vasitələri və digər hərbi texnika daxildir.

Tərəflər həmçinin birgə istehsal proqramları barədə razılığa gəliblər. Bu proqramlar çərçivəsində İspaniya və Ukrayna şirkətləri müasir dronlar, radar sistemləri və raket texnologiyalarını birlikdə istehsal edəcəklər.

Bu əməkdaşlıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək, İspaniya üçün isə Avropada strateji tərəfdaşlıq imkanlarını artıracaq.\Musavat.com\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button