Ucarda 4 kiloqram narkotik vasitə aşkarlandı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button