Aİ enerji çatışmazlığı olsa da Rusiyadan qaz almayacaq-Lyayen

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ ölkələrinin Rusiyadan qaz almasına icazə verilməsini tam istisna etdiklərini açıqlayıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
Fon der Lyayen bildirib ki, Avropada fiziki enerji çatışmazlığı yaransa və bu, enerji kəsintilərinə səbəb olsa belə, Rusiyadan qaz alınmasına icazə verilməyəcək.
Onun sözlərinə görə, Avropa Komissiyasının bu istiqamətdə aydın məqsədi var və bu kurs dəyişdirilməyəcək: “Biz enerji sektorunun transformasiyasını davam etdirəcəyik, onu yaşıl və Avropada istehsal olunan enerji mənbələrinə keçirəcəyik”.
Qeyd edək ki, daha əvvəl Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen də bildirib ki, Aİ ölkələri şəraitdən asılı olmayaraq Rusiyadan bir molekul belə enerji resursu almamalıdır.
Polise.az



