“Samuraylar” Körfəzə gəlir…

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran sahillərindəki strateji adaları nəzarətə götürmək və Tehran üzərindəki təzyiqi artırmaq məqsədilə Yaponiyanın Okinava prefekturasında yerləşən təxminən 2200–2500 nəfərlik dəniz piyadası birliyini Yaxın Şərqə transfer edib.

Polise.az Musavat.com-aistinadən  xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Müdafiə naziri Pit Heqset 31-ci dəniz piyadası ekspedisiya birliyinin və “USS Tripoli” universal desant gəmisinin bölgəyə göndərilməsi barədə əmri rəsmən təsdiqləyib. Məlumata görə, “USS Tripoli” martın 17-də Sinqapur boğazını keçərək Malakka boğazı vasitəsilə Hind okeanına daxil olub və yaxın 5-7 gün ərzində Fars körfəzinə çatacağı gözlənilir. Pentaqon dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazındakı strateji nöqtələri, xüsusilə İranın sahil boyu adalarını ələ keçirməyi planlaşdırır; bu addım İranın neft infrastrukturunu birbaşa bombalamaq əvəzinə, daha effektiv “alternativ təzyiq rıçağı” kimi nəzərdən keçirilir. Yaponiyanın Sasebo limanından yola düşən və F-35B qırıcıları, V-22 Osprey konvertoplanları, həmçinin zərbə helikopterləri ilə təchiz olunmuş “USS Tripoli” gəmisi həm dənizdə gəmilərin müşayiətini təmin etmək, həm də quruda sürətli desant əməliyyatları keçirmək qabiliyyətinə malikdir.

Prezident Donald Trampın Xarq adasındakı hərbi hədəflərin “tamamilə məhv edildiyini” bəyan etməsi və “insaf naminə” neft infrastrukturuna hələlik toxunmadığını bildirməsi fonunda dəniz piyadalarının bölgəyə gəlişi həmin ərazilərin qurudan işğal edilməsi ehtimalını kəskin artırır. Analitiklər qeyd edirlər ki, ABŞ-ın Yaponiyadakı qüvvələrini Yaxın Şərqə yönəltməsi Hind-Sakit okean regionunda hərbi mövcudluğun zəifləməsi demək olsa da, Vaşinqton üçün hazırda İranın neft blokadasını yarmaq mütləq prioritetdir.

Hərbi ekspertlər hesab edirlər ki, dəniz piyadalarının yaxın günlərdə Körfəz sularına çatması ilə “Epik Qəzəb” (Epic Fury) əməliyyatı quruda birbaşa hərbi toqquşmaların yaşanacağı yeni və daha təhlükəli mərhələyə qədəm qoyacaq.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button