SEPAH-ın generalı Əli Məhəmməd Naini öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri və qurumun rəsmi sözçüsü, briqada generalı Əli Məhəmməd Naini həlak olub.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın mətbuat xidməti yayıb.
Rəsmi məlumata görə, general Naini ABŞ və İsrail hərbi qüvvələrinin İran ərazisindəki müxtəlif hərbi obyektlərə endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hadisə mart ayının 20-nə keçən gecə, səhər saatlarında baş verib.
Polise.az



