Müasirlik yarıçılpaq gəzməkdə deyil, bəs nədədir?

Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı deyib ki, müasirlik yarıçılpaq gəzmək deyil. Müasirlik saçını uzadıb arxada topa bağlayıb, qulağa sırğa taxmaq da deyil. Müasirlik öz dilinə xor baxıb, özgəni başının üstünə tac etmək də deyil. Müasirlik düşüncədə, beyində yaşamaq və var olmaq instinktlərinin daha da güclü şəklə gətirilməsidir.

Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bir çoxları müasirliyi moda kimi görməyə çalışır, yəni bu modanı fərqli şəkildə göstərsəm, müasirəm deyə tanıtım olur:

“Amma müasirliyi əslində qısaca tərifini versək, çağın çağırışlarına cavab verməkdir. Çağın çağırışları nədir? Çağın çağırışları bu gün bilikdir. Hər zaman əslində bu belə olubdur, amma insanlar əlinin arxası ilə bunu geriyə itələyiblər. Süni intellektin qəbul edilməsi, onun nemətlərindən istifadə etməkdir, sosial şəbəkə nemətlərindən doğru istifadə eləməkdir. Əslində bu çağırışlardan doğru və insan rifahı, insan faydası üçün istifadə etməkdir. Müasirlik əslində budur. Bu keyfiyyətləri anlamayan insanlar üçün ümumiyyətlə bu çətin olur, çünki onlar formaya aludə olurlar. Formanı daha çox göstərməyə çalışırlar və bu da insanın inkişafına xidmət eləmir. Bu baxımdan da müasirliklə bağlı hər hansı açıqlama olanda modaya, geyimə, ya deyək ki, hansısa bir görüntü üzərindən bunun anlaşılmasının mən də tərəfdarı deyiləm. Sənət baxımından ola bilsin ki, müəyyən məsələlərdə insanlar hansısa bir cəsur forma seçə bilərlər, amma bütün hallarda bu, beyinlə, düşüncə, doğru mühakimə ilə bağlıdır”.

O qeyd edib ki, bunu daha çox doğru mühakimə kimi anlamaq lazımdır:

“Zamanın çağırışlarını doğru anlamaq və ona uyğun insan fəaliyyətini qurmaq, insanın rifahını düşünərək onu daha faydalı bir məxluqa çevirmək əsasdır. Görürsüz, dində müasirləşə bilməyən xalqlar yeni dövrün adamı kimi görünmək istəmirlər, hamısı yeddinci əsrin adamı kimi görünmək istəyirlər. Müasirləşə bilməyən adam yeddinci əsrin savaşını 21-ci əsrə daşımağa çalışır, yeddinci əsrin qisasını 21-ci əsrdə almağa çalışır və nəticədə nə olur? Bir kollaps, bir dağıntı, bir məhv olmaya gətirib çıxarır və bir vəhşi insan obrazı yetişir. Digər sahələrdə də bunu müşahidə eləmək olar. Ona görə də biz müasirliyi çağın tələblərinə, çağırışlarına cavab verən insan obrazında qiymətləndirməliyik”.\Leyla Turan\

Polise.az 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button