İsrailin müdafiə naziri: İrana endirilən zərbələrin intensivliyi artacaq

İsrail və ABŞ-nin İrandakı hərbi hədəflərə endirdiyi zərbələrin intensivliyi bu həftə ərzində kəskin şəkildə artacaq.

Polise.az Teleqraf-a istinadn  xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Kats hərbi rəsmilərlə keçirdiyi operativ qiymətləndirmə iclası zamanı bildirib.

Məlumata görə, müdafiə naziri ölkəsinin İranın “terror rejiminə” qarşı hücum əməliyyatlarını davam etdirməkdə qərarlı olduğunu vurğulayıb:

“İsrail dövlətinə və ABŞ-nin regiondakı maraqlarına yönəlmiş hər bir təhlükə aradan qaldırılana qədər biz İran rejiminin komandirlərini zərərsizləşdirməyə və onun strateji imkanlarını sıradan çıxarmağa davam edəcəyik”.

İsrail Kats bəyan edib ki, Təl-Əviv qarşıya qoyulan bütün hərbi məqsədlərə nail olunana qədər əməliyyatları dayandırmaq niyyətində deyil. O, bu həftənin əməliyyatların miqyası baxımından həlledici olacağını diqqətə çatdırıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button