KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

İsrail bazar ertəsi ABŞ Prezidenti Donald Trampın başladığını elan etdiyi İranla danışıqlar prosesinin birbaşa iştirakçısı deyil.
Polise.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Semafor” portalı məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, danışıqlarda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner iştirak edir.
Bundan əlavə, belə bir ehtiyac yarandıqda prosesə vitse-prezident Cey Di Vens cəlb oluna bilər. İsrailə gəldikdə isə o, Amerika tərəfindən bu məsələ ilə bağlı müvafiq məlumatları alır.
ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin “tam nizamlanması” barədə “çox yaxşı” danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
Polise.az



