“Euronews” Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı

Nüfuzlu “Euronews” telekanalı martın 12-14-də keçirilən 13-cü Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımlayıb.

Polise.az xəbər verir ki, materialda forumun dünya liderləri, keçmiş dövlət başçıları və siyasətçiləri bir araya gətirən beynəlxalq tədbir olduğu bildirilib.

Qeyd edilib ki, forum çərçivəsində beynəlxalq səviyyədə aktual olan əsas problemlər müzakirə olunur.

“Üç gün davam edən bu forumda qlobal idarəetmə, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənlik kimi mövzulara xüsusi diqqət yetirilib. İştirakçılar enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və miqrasiya kimi bir-biri ilə əlaqəli məsələləri də müzakirə ediblər.

Forumda həmçinin regionlararası əməkdaşlığın əhəmiyyəti və dialoqun mürəkkəb qlobal problemlərin həllində rolu vurğulanıb. Tədbir rəsmi qərarlar qəbul etməsə də, müxtəlif baxışların bölüşülməsi və beynəlxalq əməkdaşlıq üzrə müzakirələrin formalaşması üçün mühüm platforma rolunu oynayır”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button