Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir

“Ermənistanda indiyədək mövcud olan “vətənpərvərlik modeli” SSRİ və İosif Stalin tərəfindən formalaşdırılıb”.
Polise.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“2021-ci ildə “vətənpərvərlik modeli” barədə danışmaq fürsətim olmuşdu. Bizim Sovet İttifaqında, İkinci Dünya müharibəsindən sonra və əsasən Üçüncü Respublikada yaşadığımız “vətənpərvərlik modeli” Stalin tərəfindən yaradılıb. Bunun bizimlə heç bir əlaqəsi yoxdur,” – baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan öz kimliyinə qayıdır və bu kimlik dövlətlə bağlıdır:
“Biz Stalin dövrünün “vətənpərvərlik modeli”ndən imtina edirik. Bizim kimliyimiz bizim dövlətimizdir”.
Ermənistan Baş naziri bu “vətənpərvərlik modeli”nin münaqişəyə səbəb olduğunu və ölkə üçün ciddi problemlər yaratdığını vurğulayıb.
Polise.az



