Hörmüz boğazı üzrə koalisiyanın XİN rəhbərləri sabah onlayn iclas keçirəcəklər

Hörmüz boğazının bağlanması ilə bağlı təhlükəsizlik konfransı aprelin 2-də xarici işlər nazirləri səviyyəsində videokonfrans vasitəsilə müzakirə aparacaqlar.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer NATO-nun baş katibi Mark Rutteyə məlumat verib.

Baş nazirin ofisinin yaydığı açıqlamada deyilir: “Baş nazir sabah xarici işlər nazirlərinin virtual görüşünün keçirilməsi planlarını açıqlayıb”.

Dauninq Strit qeyd edib ki, Starmer və Rutte “Hörmüz boğazında naviqasiya azadlığının bərpa olunması və bütün ölkələrin ticarətin sərbəst axınını təmin etmək üçün real bir plana töhfə verməsi vacibdir” fikri ilə razılaşıblar.

Martın 19-da Birləşmiş Krallıq, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiya liderləri birgə bəyanat yayaraq İranı Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlamaq cəhdlərini dərhal dayandırmağa çağırıblar.

Londonun məlumatına görə, Hörmüz boğazı üzrə koalisiya 35 ölkədən ibarətdir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button