Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.

Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button