Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin İbrahimov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Polise.az APA -ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə ötən ilin mart ayında həbs edilib.

Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparıb.

Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button