Avropa çıxış yolunu Azərbaycanda tapır – Enerji savaşı fonunda Bakı qalib gəlir-Euronews

Musavat.com xəbər verir ki, Euronews platformasında dərc olunan analitik məqalədə Azərbaycanın Avropa İttifaqı üçün artan strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Yazıda bildirilir ki, Yaxın Şərqdə gərginliyin yüksəldiyi bir vaxtda Azərbaycan Avropa üçün sabit və etibarlı tərəfdaş kimi ön plana çıxır. Müəllif qeyd edir ki, Bakı ilə Brüssel arasında münasibətlər son illərdə dinamik inkişaf edərək artıq siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində strateji xarakter almaqdadır.

e87a5e6d-824e-4319-b1e8-fef8db51087d.jpg (111 KB)

Məqalədə xüsusilə enerji amilinə diqqət çəkilir. Azərbaycanın Avropaya alternativ enerji marşrutları təqdim etməsi və qaz tədarükünü artırmaq potensialı Aİ üçün mühüm faktor kimi dəyərləndirilir. Bu kontekstdə Bakı Avropanın enerji təhlükəsizliyində açar ölkələrdən biri kimi təqdim olunur.

Eyni zamanda vurğulanır ki, tərəflər arasında əməkdaşlığın daha da genişlənməsi üçün investisiyaların artırılması, texnologiya mübadiləsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar mühüm rol oynaya bilər. Bu addımların reallaşması həm iqtisadi əlaqələri gücləndirə, həm də insanlar arasında təmasları artıraraq münasibətləri daha da dərinləşdirə bilər.

04cc1065-9802-4864-90c0-6e02ee4700ae.jpg (352 KB)

Analitik yazıda qeyd olunur ki, mövcud geosiyasi şəraitdə Azərbaycan təkcə enerji təchizatçısı deyil, həm də regionda sabitlik yaradan əsas aktorlardan biridir və bu amil onun Avropa üçün əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, məqalə analitik xarakter daşıyır və burada səsləndirilən fikirlər müəllifin mövqeyini əks etdirir.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button