Hikmət Hacıyev: Mina çirklənməsi Şərqi Zəngəzurun yenidən qurulmasına mane olur

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı sosial media hesabında paylaşım edib.
Polise.az Teleqraf xəbər verir ki, paylaşımda dünyanın irəli getdiyi bir vaxtda Azərbaycanın hər gün səssiz və görünməz mina təhlükəsi altında yaşadığı vurğulanıb.
H.Hacıyev qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib:
“2020-ci ildən bəri – sülh dövründə 400-dən çox mülki şəxs mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma layihələrinə, habelə keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışına mane olur.
Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalmış ömürlər, parçalanmış ailələr və oğurlanmış gələcəkdir. Minatəmizləmə yalnız texniki proses deyil, bu, ədalət və insan ləyaqəti məsələsidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq kimi fundamental hüququdur”.
.png)



