“Divarlarda eybəcər yazılar məndə həmişə ikrah hissi doğurub” — Ramil İskəndərli

“Sonuncu dəfə bu cür halları Almaniyada təhsil alarkən mütəmadi müşahidə etmişdim. Divarlarda eybəcər yazılar məndə həmişə ikrah hissi doğurub. O vaxt inanmazdım ki, bizdə də bu cür hal olar. Amma bu cür halların mütəmadi baş verməsinin qarşıını almaq hələ gec deyil”.

Polise.az Demokrat.az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib:

“Nizami Kino Mərkəzinin divarına qraffiti (əgər demək mümkünsə) çəkilməsi ilə bağlı baş vermiş hadisə ciddi narahatlıq doğurur və qətiyyətlə pislənilir”

Azərbaycan Milli QHT Forumu tərəfindən keçirilən bugünkü tədbirdə bu məsələ xüsusi olaraq vurğulanmış, paytaxtımızın estetik görünüşünə xələl gətirən bu cür vandalizm hallarının qəbuledilməz olduğu qeyd edilmişdir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button