İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu dəfə hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahının əsas infrastruktur obyektlərinə endirilib.
Bundan əlavə, İsrail təyyarələri eyni vaxtda İsrailə raket atmaq üçün hazırlanmış ballistik raketlər və buraxılış qurğularının olduğu anbara hücum edib.
Polise.az



