Köçəryanın son kartı – Paşinyana terror…

Ermənistanda seçkilərə iki ay qaldı. 7 iyuna doğru yaxınlaşdıqca seçki kampaniyası kəskin şəkil almaqdadır, artıq baş nazirliyə hakimiyyətin namizədi ilə müxalifətdən olan namizədlər arasında bir-birinin ünvanına təhqirlər yağdırılır, açağılayıcı bəyanatlar göydə uçuşur. Xüsusilə baş nazirliyə namizədliyi irəli sürülən müharibə canisi, sabiq preizdent Robert Köçəryan seçki kampaniyasını rəqibi Nikol Paşinyanı təhqir və hədə üzərində qurub.

O, Paşinyanı lazım olsa güc yolu ilə belə olsa da hakimiyyətdən uzaqlaşdıracağını dilə gətirməkdən çəkinmir. Bir sıra siyasi analitiklər isə hesab edir ki, Paşinyanı seçkilərdə hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil, çünki Köçəryandan və Samvel Karapetyandan reytinqi yüksəkdir. Elə Köçəryan da bunu bildiyindən keçmiş cinayət təcrübələrinə əl atmaqdan başqa yolunun qalmadığını düşünür və bunu dolayısı ilə indidən dilə gətirir. Paşinyanı nəyin bahasına olur-olsun hakimiyyətdən uzaqlaşdıracağını deməsinin arxasında məhz bu dayanır. Hətta istisna deyil ki, Paşinyana qarşı terror təşkil edib fiziki aradan götürmək yolu seçilsin. Bu iddianı irəli sürənlər erməni terrorizmininin yüz ildən artıq qanlı tarixi olduğunu, erməni terrorunun hətta lazım olanda ermənilərin özlərinə də qarşı da tətbiq olundğunu xatırladırlar. Məsələn çox da uzaq tarix olmayan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində həyata keçirilən terror aktı. Parlamentin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürmşüdlər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetirmişdilər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da öldürülmşdü.

O zamankı prezident Robert Köçəryanın ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolunun olduğunu iddia edirdilər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən, ona ən ciddi nüfuzlu rəqib Vazgen Sarksiyan və Karen Dəmirçiyan öldürülmüşdü. R.Köçəryan bu gün də siyasi səhnədədir və bu dəfə hakimiyyətini qorumaq üçün deyil, yenidən iqtidara sahiblənmək üçün xarici ağalarının da dəstəyi ilə yolundakı əsas maneəni-Paşinyanı terrorla sıradan çıxarmaq istəməsi mümkündür.

Politoloq Oqtay Qasımov bu barədə Musavat-com-a şərhində bildirib ki, Ermənistanda Paşinyan komandasının apardığı təbliğat, müharibəyə yox deməsi, real Ermənistanla yaşamağın vacibliyini insanların beyninə yeritməsi istiqamətində apardığı fəaliyyət onun nüfuzunu qoruyub saxlayıb. Azərbaycanla əlaqələrin qurulması istiqamətində praktiki addımlar da Paşinyanın mövqelərini möhkəmləndirir:

“Bu vəziyyəti Paşinyanın rəqibləri, ona düşmən kimi yanaşan qüvvələr, xüsusən də cinayətkar Qarabağ klanı, daşnaklar, Rusiyadakı dairələr narahatlıqla izləyirlər. Rusiya Güney Qafqazda öz itirilmiş təsir imkanlarını bərpa etmək və gücləndirmək məqsədilə Ermənistanda seçkilərdə bütün gücü ilə iştirak etmək və imkan olarsa Paşinyanı zəiflətmək, yaxud onu hakimiyyətdən devirmək yollarını axtarır. Bu istiqamətdə də Ermənistandakı öz əlaltıları ilə, Robert Köçəryanla iş aparırlar. Köçəryan və onun kimi terrorçuların keçmiş təcrübəsi seçkilərdə Nikol Paşinyan üçün ən ciddi təhlükənin həyatına qarşı terror törədilməsi ehtimalının olduğunu söyləməyə əsas verir”.\Etibar Seyidağa,Musavat.com\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button