Netanyahu ofisi: ABŞ və İran atəşkəsi Livana şamil olunmayacaq

ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs Livana şamil olunmayacaq.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi açıqlama yayıb.
“İki həftəlik atəşkəs Livana aid deyil”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında danışıqların davam etdiyi və bir sıra yüksək vəzifəli şəxslərin bu prosesdə iştirak edə biləcəyi bildirilmişdi.
Polise.az



