Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıblar.

Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button