Ağ Ev: ABŞ İranda əsas hərbi məqsədlərinə nail oldu, hətta onları aşdı

Bu, Prezident Donald Tramp və möhtəşəm ordumuzun ABŞ üçün əldə etdiyi bir qələbədir.

Polise.az APA -ya istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X”-də yazıb.

“Epik qəzəb” əməliyyatının əvvəlindən etibarən Prezident Tramp bunun 4–6 həftə davam edəcək bir əməliyyat olacağını proqnozlaşdırmışdı. Döyüşçülərimizin inanılmaz imkanları sayəsində biz 38 gün ərzində əsas hərbi məqsədlərimizə nail olduq və hətta onları aşdıq”, – o bildirib.

Ağ Evin sözçüsü Prezident Trampın Hörmüz boğazının yenidən açılmasına nail olduğunu da qeyd edib.

Livitt müharibə naziri və Baş Qərargah rəisinin bugünkü brifinqdə daha ətraflı məlumat verəcəyini diqqətə çatdırıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button