Pezeşkiandan atəşkəsdən sonra ilk açıqlama

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə ölkəsi arasında atəşkəsin əldə edilməsi barədə açıqlama verib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Atəşkəs İranın nəzərdə tutduğu ümumi prinsiplərinin qəbul edilməsi və böyük şəhid liderimiz Əli Xameneinin qanının bəhrəsi və bütün xalqın birliyinin nailiyyətidir. Bu gündən etibarən də birlikdə olmağa davam edəcəyik – istər diplomatik, istər döyüş meydanında, istər küçədə, istərsə də hər cür xidmətdə”, – Pezeşkian bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button