NATO-nun bəzi üzvləri ABŞ-nin sınağından keçə bilmədi

NATO-nun baş katibi Mark Rütte alyansa üzv bəzi ölkələrin ABŞ tərəfindən qoyulan sınaqdan keçə bilmədiyini etiraf edib.
Polise.az Teleqraf xəbər verir ki, o, bu fikri ABŞ prezidenti Donald Trampla görüşdən sonra CNN telekanalına müsahibəsində səsləndirib.
Rütte bildirib ki, bəzi ölkələr bu baxımdan gözləntiləri doğrultmasa da, Avropa dövlətlərinin əksəriyyəti əvvəlcədən verdiyi vədlərə əməl edib.
“Bəziləri bəli. Amma Avropa ölkələrinin böyük hissəsi bu kimi hallarda verdiyi vədləri yerinə yetirdi və biz bunu bu gün müzakirə etdik”, – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl Ağ evin mətbuat katibi Kerolayn Levitt ABŞ prezidenti Donald Trampın İranla bağlı münaqişəni NATO üçün bir sınaq kimi qiymətləndirdiyini və alyansın bu sınaqdan uğurla keçmədiyini düşündüyünü açıqlamışdı.
Polise.az



