Türkiyə Müdafiə Nazirinin təklifi dəstəkləndi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nu Avropa İttifaqına üzv ola bilməyən ölkələrə dəstəkləməyə çağırıb.
Polise.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki,Yaşar Gülərin açıqlamasına görə Avropa İttifaqının bu yanaşması Avropanın təhlükəsizliyi və dayanıqlılığına təhdid yaradacaq:
“Həqiqət budur ki, Türkiyə güclü müdafiə imkanları və sənayesi ilə Avropanın təhlükəsizliyinə və müdafiəsinə daha çox töhfə verə bilər. Avropalı bir çox dostumuzun bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu çox yaxşı analiz edəcəyini və daha məntiqli bir yanaşma sərgiləyəcəyini düşünürük”, – nazir qeyd edib.



