İrandan ABŞ-yə təhdid: On şərtimizin hamısı yerinə yetirilməsə, müharibəyə başlayacağıq

“Hörmüz boğazı ilə bağlı məsələni təcili qaydada qanuniləşdirmək üçün işləyirik”.

Polise.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Hacı Babayi deyib.

Vitse-spiker bildirib ki, İran parlamenti bunun üçün lazım olan müvafiq qanunları bu qaydada qəbul edəcək.

“İranın irəli sürdüyü bütün 10 bəndlik tələblər yerinə yetirilməlidir. Bu çərçivədə İrana qarşı bütün qərarlar və sanksiyalar ləğv olunmalıdır. Əgər ABŞ bu şərtləri qəbul etməsə, müharibəni davam etdirəcəyik. Danışıqlar nəticə verməsə, raket atəşi başlayacaq”, – Babayi əlavə edib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bundan əvvəl İranın irəli sürdüyü 10 şərti zibil qutusuna atdıqlarını açıqlamışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button