Tramp: İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına imkan verməyəcəyik

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almasına imkan verməyəcəklərini bildirib.

Polise.az Teleqraf-a əsasən  xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Tramp qeyd edib ki, Hörmüz boğazı beynəlxalq sulardır və belə bir addımın qarşısı alınacaq. O, həmçinin vurğulayıb ki, İranın həqiqətən belə ödəniş tətbiq edib-etmədiyi dəqiq məlum deyil.

ABŞ lideri əlavə edib ki, əgər Tehran bu cür addım atarsa, Vaşinqton buna imkan verməyəcək.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button