Kamala Harris Trampı mafiya babasına bənzətdi

Keçmiş Demokrat rəqibi Kamala Harris ABŞ prezidenti Donald Trampı xarici siyasətə yanaşmasına görə tənqid edib.

Musavat.com Fox News-a istinadən xəbər verir ki, O, Trampı dünyanı təsir zonalarına bölməyə çalışan “mafiya patronu” ilə müqayisə edib.

Vətəndaş hüquqları fəalı Al Şarpton tərəfindən qurulan Milli Fəaliyyət Şəbəkəsinin forumundakı çıxışı zamanı Harris Trampın beynəlxalq münasibətlərə baxışını tənqid edib. Onun fikrincə, “Amerika Birinci” siyasəti əslində qlobal əlaqələri sarsıdır.

O, respublikaçının təcrid olunma yolu ilə getdiyinə əmindir. Harris hesab edir ki, Tramp bütöv regionların əraziləri ilə ticarət etməyə hazırdır: “Bilirsiniz, görünür, o, “Amerika Birinci” dedikdə, bunu nəzərdə tutur.”

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button