ABŞ İranı blokadaya alır

“İranın ərazi sularının təhlükəsizliyi Silahlı Qüvvələr tərəfindən qətiyyətlə təmin olunmağa davam edəcək”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

“İranın ərazi sularının təhlükəsizliyi Silahlı Qüvvələr tərəfindən qətiyyətlə təmin olunmağa davam edəcək, dəfələrlə elan edildiyi kimi, düşmənə məxsus gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və keçməyəcək. Digər gəmilər isə İran Silahlı Qüvvələrinin qaydalarına uyğun olaraq boğazdan keçə biləcəklər”, – o bildirib.

SEPAH-ın Baş Qərargahının sözçüsü ABŞ-nin İrana qarşı hərbi dəniz blokadasını qanunsuz adlandırıb.

Zülfüqarinin sözlərinə görə, İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət üçün daimi mexanizm tətbiq edəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Yaxın Şərqdəki Amerika Hərbi Dəniz Qüvvələrinin bu gündən etibarən İran limanlarına daxil olan və çıxan gəmiləri saxlayacağını açıqlamışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button