Diplomatik masada “ikinci şans” – ABŞ və İran arasında yeni danışıqlar raundu başlayır

Dünyanın diqqət mərkəzində olan ABŞ-İran gərginliyində gözlənilməz dönüş baş verib.

Polise.az Musavat.com -a istinadən xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti yaxın günlərdə tərəflər arasında yeni danışıqlar raundunun keçirilə biləcəyi barədə məlumat yayıb. İslamabaddakı uğursuzluqdan və tərəflərin sərt ritorikasından sonra bu xəbər beynəlxalq birlikdə ehtiyatlı nikbinlik yaradıb.

Nəşrin məlumatına görə, nümayəndə heyətlərinin görüş yeri hələ dəqiqləşməyib. Masanın yenidən İslamabadda qurulacağı və ya danışıqların neytral bir Avropa ölkəsinə keçiriləcəyi müzakirə mövzusudur.

Analitiklər hesab edirlər ki, neftin qiymətinin 100 dolları keçməsi və ABŞ-da inflyasiyanın sürətlənməsi Donald Trampı yenidən dialoq yollarını axtarmağa məcbur edib.

Danışıqların Avropaya köçürülməsi ehtimalı Aİ-nin də prosesə vasitəçi kimi qoşula biləcəyindən xəbər verir. Bu, İslamabaddakı “feldmarşal diplomatiyası”ndan fərqli olaraq daha mülki və diplomatik bir formatın tətbiqi deməkdir.

Aprelin 21-də bitəcək atəşkəs rejiminə çox az vaxt qalıb. Tərəflər bu müddət ərzində real nəticə əldə etməsələr, hərbi əməliyyatların daha böyük miqyasda bərpası qaçılmazdır.

İndiyədək nə Ağ Ev, nə də Tehran rəsmiləri bu məlumatı rəsmən təsdiqləməsələr də, WSJ-nin mənbələri hər iki tərəfin “qeyri-rəsmi kanallar” vasitəsilə təmasları davam etdirdiyini bildirir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button