Hakan Fidan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

“Türkiyə Hörmüz boğazının güc tətbiq etmədən, diplomatiya yolu ilə açılmasının zəruri olduğunu düşünür”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Hörmüz boğazının açılması məsələsində mövqeyimiz budur ki, sülh və diplomatiya yolu ilə açılmalıdır. Vəziyyətə beynəlxalq sülhməramlı qüvvələrin müdaxiləsi çox böyük çətinliklər yarada bilər”, – nazir qeyd edib.

Hakan Fidan əlavə edib ki, Hörmüz boğazının qarşıdakı üç-dörd həftə ərzində açılmasında heç bir problem görmür: “Əsas məsələ gəmilərin oradan keçməsi üçün qaydaların necə olacağı ilə bağlıdır”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button